07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
"Azdrama"nın aktyorları koronavirusa yoluxub, teatr bağlanıb
Tarix: 26-01-2022 15:11 | Bölmə: Mədəniyyət
"Azdrama"nın aktyorları koronavirusa yoluxub, teatr bağlanıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Reyting.az
teatra istinadla bildirir ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: "Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}