12:57 / 13-05-2024
Sabah yağış yağacaq
Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb
Tarix: 28-01-2022 21:41 | Bölmə: Mədəniyyət
Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb

Rusiyada erməni faşist Qaregin Njde haqqında çəkilən filmin nümayişi dayandırılıb.

Bu barədə “Regnum” agentliyi məlumat yayıb.

Bildirilib ki, filmin nümayiş edildiyi məkana polis gəlib və seans dayandırılıb.

Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıblar.

Xatırladaq ki, Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}