23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
“Leyli və Məcnun” tamaşası yenidən hazırlanır
Tarix: 29-01-2022 22:10 | Bölmə: Mədəniyyət
“Leyli və Məcnun” tamaşası yenidən hazırlanır

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Ü. Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının motivləri əsasında librettosu və quruluşu rejissor Samir Qulamova aid olan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Tetrdan Reyting.az-a bildiriblər ki, əsərin ilk stolarxası oxunuş məşqində iştirak edən Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev ideya müəllifi və bədii rəhbəri olduğu tamaşa haqqında fikirlərini yaradıcı heyətlə bölüşüb.

Səhnə əsərinin quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri, eyni zamanda Məcnun obrazının ifaçısı Emin Əliyev, Xormeysteri Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Səkinə İsmayılova, solo tar ifaçısıları – Elxan Mansurov, Səxavət Məmmədov, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistentləri – Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

Leyli obrazını VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun obrazını isə respublika və beynəlxalq muğam müsabiqələrinin laureatı Orxan Hüseynli canlandıracaq.

Tamaşada Nadir Xasiyev, Fərid Əliyev, Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, balet artisti İranə Kərimova, eləcə də teatrın xor və balet heyəti iştirak edəcək.

Tamaşanın ümumi məziyyətlərindən söhbət açan Ə. Lalayev deyib ki, çox məsuliyyətli bir layihəyə başlayırıq: “Fəlsəfi fikir kontekstində bəşəri problemlərin ön plana çəkilməsi və bunun muğam dili ilə tamaşaçılara çatdırılması elə də asan iş deyil. Orijinallığı qorumaqla yeniliklər yaratmaq isə güclü fantaziya, cəsarət, hünər tələb edir. Ümidvaram ki, hər zaman ilklərə imza atan Akademik Musiqili Teatr bu dəfə də tamaşaçılarını yaxşı mənada təəccübləndirməyi və sevindirməyi bacaracaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}