23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək
Tarix: 31-01-2022 18:14 | Bölmə: Mədəniyyət
Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə fevralın 5-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçiriləcək.

Tədbir təşkilatçılarının verdiyi məlumata görə, konsertdə “Legend of Fire” triosunun virtuoz üzvləri Zəhra Bədəlbəyli, Ceyla Seyidbəyli və Nurlan Növrəsli çıxış edəcəklər.

Tədbirdə Qara Qarayevdən savayı Dmirti Şostakoviçin, Niyazinin, Arif Məlikovun, Vasif Adıgözəlovun və digər tanınmış bəstəkarların əsərləri səslənəcək. Bəzi əsərlər ilk dəfə olaraq səslənəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}