“Yeddi oğul istərəm”in Şahsuvarı koronavirusa yoluxub
Tarix: 01-02-2022 14:05 | Bölmə: Mədəniyyət
“Yeddi oğul istərəm”in Şahsuvarı koronavirusa yoluxub

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov koronavirusa yoluxub.

Bu barədə aktyorun özü məlumat verib.

Aktyor yanvarın 25-dən müalicə olunduğunu bildirib:

“Sonuncu dəfə teatrda “Dəli yığıncağı” tamaşasını oynadıq. Evə gələndə özümü pis hiss etdim. Həkim çağırdıq, müayinə etdilər, məlum oldu ki, virusa yoluxmuşam. Həkim nəzarəti altındayam. Yenidən ikinci testi vermişik, bu gün cavabı məlum olacaq. Heç yerə getmirəm, fevralın 7-nə kimi teatr da bağlanıb”/ Qaynarinfo




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}