18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Şuşa ilə bağlı yeni kitabların təqdimat mərasimi keçirilib
Tarix: 07-02-2022 13:16 | Bölmə: Mədəniyyət
Şuşa ilə bağlı yeni kitabların təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Kitabxanasında "Şuşa ili”nin açılış mərasiminə həsr olunan “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı.Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Kitabxanaın direktoru Kərim Tahirov, deputat Nizami Cəfərov, Xalq yazıçısı Elçin Əfəndiyev və başqa ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bu ilin çox əlamətdar olduğunu qeyd edib: "Sevinirik ki, Şuşanın yaranmasının 270 illiyini 28 il həsrəti ilə yaşadığımız Şuşanın özündə qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir. Hazırda məqsəd və vəzifəmiz Şuşanın əvvəlki görkəmini və ruhunu özünə qaytarmaqdır. Buna görə tədbirlər planı hazırlanır. Həmin planda keçiriləcək tədbirlərin siyahısı yer alacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}