00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

QHT rəhbərləri UNESCO-nun Baş direktoruna müraciət edib - Mətn
Tarix: 08-02-2022 11:58 | Bölmə: Mədəniyyət

Azərbaycanın bir sıra Qeyri-Hokumət Təşkilatının rəhbəri (QHT) Azərbaycan xalqının Ermənistan ərazisindəki irsinə qarşı rəsmi İrəvanın həyata keçirdiyi mədəni soyqırımla bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.
Reyting.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Baş direktor,
Biz, QHT nümayəndələri, bir neçə dəfə UNESCO-ya müraciət edərək Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilən mədəni soyqırımı haqqında sizə məlumat vermişik. Məhz Ermənistanın apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşib.
Ermənistan tərəfindən həyata keçirilən sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilən sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilib.
Beləliklə Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib.
UNESCO-ya ünvanlanan öncəki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilib. Məsələn, digər faktlarla yanaşı vurğulanıb ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.
Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.
Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıtmışdır. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarətdir.
Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır.
Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.
Hörmətli Baş direktor,
Məhz bütün bunları əsas gətirərək biz Azərbaycan xalqının çoxəsrli tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini Sizdən xahiş etmişdik. Təəssüf ki, öz məkrli və qanunazidd əməllərini gizli saxlamaq üçün Ermənistan belə bir missiyanın həyata keçirilməsinə qarşı çıxıb.
Lakin 4 fevral 2022-ci il tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatdakı görüşünün nəticəsi olaraq razılıq ifadə olunub ki, UNESCO-nun Ermənistana və Azərbaycana missiyası həyata keçiriləcəkdir. Bu xəbər bizi ruhlandırdı və sizə növbəti müraciəti ünvanlamağa təkan verdi.
Ümidvarıq ki, bu görüş zamanı öz üzərinə öhdəlik götürən Ermənistan UNESCO missiyasının reallaşmasına maneələr yaratmayacaq və bu missiyanın obyektiv hesabatı nəticəsində bütün dünya Azərbaycan xalqının çoxəsrlik irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Ermənistan isə öz əməllərinə görə məsuliyyət daşıyacaq.
Müraciətə əlavə olaraq Sizin diqqətinizə Ermənistan tərəfindən mənimsənilmiş bir sıra maddi daşınmaz mədəni irsin siyahısını da təqdim edirik”.
Müraciəti aşağıdakı QHT rəhbərləri imzalayıb:
1. Faiq İsmayılov – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyi
2. Fariz Xəlili – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
3. Rauf Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
4. Azər Əliyev – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
5. Gəray Əlibəyov – “Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi
6. Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondu
7. Tural Gəncəliyev – “Qarabağa dönüş” İctimai Birliyi
8. Əziz Ələkbərli – Azərbaycan Qaçqınlar Cəmiyyəti
9. Tahir Əmiraslanov – “Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyi
10. Şəlalə Həsənova – “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi
11. İlqar Orucov – Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyi
12. Şəhla Nağıyeva – “Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi
13. Şəmistan Əlizamanlı – “Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi
14. Nurəddin Mehdiyev – “Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi
15. Bahar Qasımova – “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
16. Davud Rəhimli – Əlil Təşkilatları İttifaqı
17. Fəxrəddin Həsənzadə – “Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi
18. Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası İctimai Birliyi
19. Mehri Xanbabayeva – “Azərbaycan Tarixçiləri" İctimai Birliyi
20. Hacı Abdulla - "Zəngəzur" cəmiyyətləri İctimai Birliyi
21. Nəsiman Yaqublu – “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyi
22. Rəna Mirzəzadə – Gender və İnsan Hüququ Araşdırma Birliyi
23. Mehriban Zeylanova – “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi
24. Novella Cəfərova – “D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyi
25. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi
26. Səltənət Qocamanlı – “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi
27. Yusif Ağayev - "Dostluq" Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi
28. Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi
29. Səbuhi Abdullayev - "ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyi
30. Səməd Hətəmov – “Doğma yurda qayıdış" İctimai Birliyi
Bölməyə aid digər xəbərlər

Dünən, 18:05
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Dünən, 15:55
Qurban Pirimov direktor təyin olunub
Dünən, 13:54
Məşhur kino şirkətini satışa çıxarıblar
Dünən, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
21-10-2025, 16:36
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
21-10-2025, 11:34
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub