18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Cəlilabadda iki min il əvvələ aid qəbir abidəsi aşkarlanıb
Tarix: 10-02-2022 21:46 | Bölmə: Mədəniyyət
Cəlilabadda iki min il əvvələ aid qəbir abidəsi aşkarlanıb

Cəlilabad rayonunda 2 min il əvvələ aid qəbir abidəsi aşkar edilib.

Məlumata görə, abidə rayonun Uzuntəpə kəndi ərazisində ev tikintisi ilə bağlı qazıntı aparılarkən tapılıb.

Qəbir abidəsində mərhum oturaq vəziyyətdə basdırılıb, qolunda tunc bilərzik, ətrafında isə saxsı qablar qoyulub.

Tapıntı ilə bağlı "Report"un yerli bürosuna açıqlama verən tarixçi Ələsgər Mirzəzadə qeyd edib ki, qəbir ilkin ehtimalla 2 min il əvvələ aid edilir.

Abidə ilə bağlı AMEA-ya müraciət edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}