18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
“Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir
Tarix: 21-02-2022 14:58 | Bölmə: Mədəniyyət
“Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir

Mədəniyyət Nazirliyinin “Şuşa İli” çərçivəsində həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələrə dair təqdimatlarla davam edir.

Reyting.az
xəbər verir ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə ilk təqdimat Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə həsr olunub.

Qeyd edək ki, muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın ərazidə dahi şairin məzarı üstündə inşa edilib. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınıb, Azərbaycanın qülləvarı türbələrinin kompozisiya quruluşundan istifadə edilib. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü var.

1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilsə də, Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə – yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verilib.

Ötən il avqustun 29-da Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı keçirilib. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}