18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Mehriban Əliyeva: "Əlibaba Məmmədovun vəfatı xalqımız üçün böyük itkidir"
Tarix: 26-02-2022 12:56 | Bölmə: Mədəniyyət
Mehriban Əliyeva: "Əlibaba Məmmədovun vəfatı xalqımız üçün böyük itkidir"

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı paylaşım edib.

Reyting.az
xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".




Bölməyə aid digər xəbərlər