18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Polkovnik DİN-dən xaric edilib - Müğənniyə görə
Tarix: 07-03-2022 13:02 | Bölmə: Mədəniyyət
Polkovnik DİN-dən xaric edilib - Müğənniyə görə

Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində (DİN) xidməti yoxlama aparılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub/APA.

Xatırladaq ki, Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Onların barələrində fevralın 18-də protokollar tərtib edilib. Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.




Bölməyə aid digər xəbərlər