Filmlərə görə mükafatlandırma mərasimi keçirilib
Tarix: 14-03-2022 14:35 | Bölmə: Mədəniyyət
Filmlərə görə mükafatlandırma mərasimi keçirilib

Ötən gün Londonda "BAFTA" mükafatlandırma mərasimi olub.

Reyting.az
xəbər verir ki, tədbirdə "Ən yaxşı film" nominasiyası üzrə birincilik “İtin gücü” adlı ekran işinə verilib. Filmdə baş rolu Benedikt Kamberbetç ifa edib, rejissor kürsüsündə isə Ceyn Kempion əyləşib. Ceyn həm də "Ən yaxşı rejissor" mükafatına layiq görülüb.

Gecədə ən çox mükafat alan ekran işi isə baş rolunu aktyor Timoti Şalamenin canlandırdığı "Dune" filmidir. Film ən yaxşı saundtrek (Hans Zimmer), kinematoqrafiya (Greg Fraser), vizual effektlər, səs və prodüser dizayneri üzrə mükafatlara layiq görülüb.

Bundan başqa, aktyor Uill Smit “Kral Riçard” filmində amerikalı tennisçilər Serena və Venus Uilyamsın atası roluna görə “Ən yaxşı aktyor” mükafatını qazanıb. Ən yaxşı aktrisa mükafatı isə "Sevgidən sonra" filmindəki roluna görə aktrisa Coanna Skanlana verilib.

Ən yaxşı Britaniya filmi Kennet Brananın rol aldığı "Belfast" filmi, yapon rejissor Ryusuke Hamaquçinin “Drive my car” adlı ekran işi isə xarici dildə ən yaxşı film seçilib. “Ən yaxşı cizgi filmi” nominasiyası üzrə mükafat “Encanto”ya verilib.

Gecədə qırmızı xalça üzərində Salma Hayek, Ledi Qaqa, Emma Uotson, Naomi Kempbell, Lüsi Boynton, Benedikt Kamberbetç həyat yoldaşı Sofi və başqaları obyektiv qarşısına keçib.(axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}