Əflatun Amaşovun romanı çap olunub
Tarix: 16-03-2022 18:15 | Bölmə: Mədəniyyət
Əflatun Amaşovun romanı çap olunub

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” adlı romanı işıq üzü görüb.

Reyting.az
xəbər verir ki, 136 səhifədən ibarət olan roman müəllifin ilk bədii əsəridir.

Kitabın ön söz müəllifi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlidir.

Kitabda ön söz “Gerçəkliyin fantasmaqoriyası” sərlövhəsi ilə təqdim edilib.

Roman reallıq, bədii təhkiyə, xalqdan gələn mifik nağılların və müasirliyin vəhdəti olaraq diqqət çəkir. Əsərdəki hadisələrdə keçmiş zamanla indiki dövr arasında bir növ bağlantı yaradılıb, bunun üçün çoxşaxəli süjetlərə yer verilib. Orada həmçinin paralel dünyaların göstərilməsi ilə cəmiyyət-təbiət, təbiət-cəmiyyət münasibətlərindəki nahamarlıqların bütövlükdə bəşəriyyətə təsiri kimi məqamlar önə çəkilib.

Qeyd edək ki, kitabda akademik Nizami Cəfərovun daha öncədən “Ulduz” jurnalında dərc edilmiş “Qanıq, Hasan, bir də Qaragöz”lə bağlı “Jurnalistin ədəbi debütü” adlı məqaləsi də yer alıb.

“Ulduz” jurnalı ilə “Mücrü” nəşriyyatının birgə layihəsi əsasında çap edilmiş romanın naşiri Müşfiq Xan, layihə rəhbəri Qulu Ağsəsdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}