18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Əməkdar rəssam azadlığa buraxılıb - Yenilənib
Tarix: 30-03-2022 22:00 | Bölmə: Mədəniyyət
Əməkdar rəssam azadlığa buraxılıb

Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov Report-a  məlumat verilib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdaş rəssamıdır.

***

Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.

Bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib.

O bildirib ki, Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edilib. 




Bölməyə aid digər xəbərlər