00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

Üzü dönsün ayrılığın... - Yaqub Zurufçunu anarkən
Tarix: 04-04-2022 08:18 | Bölmə: Mədəniyyət

8 aprel - xalqımızın görkəmli sənətkarı Yaqub Zurufçunun dünyaya gəldiyi gündür
...Ayrılıqlar da, qovuşmalar da taleyin və zamanın qismətidir. Tale Yaqub Zurufçunun qismətinə illərlə həsrətində olduğu doğma Azərbaycana “Ayrılıq” mahnısı ilə qovuşmaq qismət eləmişdi. Həyatda hər kəsin, hətta torpağın, daşın, quşun, yarpağın, dənizin, bulağın da öz nəğməsi var, deyirlər. Hərə öz dilində oxuyur nəğməsini. Yaqub Zurufçu da hələ qürbətdə ikən özünün təkrarsız və bənzərsiz nəğməsi ilə milyonlarla azərbaycanlının qəlbində əbədi yuva qurdu.
Sonra Yaqub Zurufçunun “Ayrılıq”ından xalqımızn bir araya yığışdığı məkana - Azadlıq meydanına intizar, həsrət, göz yaşları yağdı. İnsanlar bu nəğmə yağışının altında keçmişdən gələcəyə, bu taydan o taya ümidlə boylandı.

Yaqub Zurufçu
Daha sonra “Ayrılıq” Azərbaycanın milli-mənəvi dirçəlişinə təkan verdi, “el arası çəpər olmaz” məntiqi ilə bütün ayrılıqlara son qoymağa, müqəddəs torpaqlarımıza göz dikən yağı düşmənlə savaşa ruhlandırdı.
Əbəs yerə Yaqub bəy demirdi ki, “Ayrılıq”ı oxumaq üçün, ya gərək aşiq olasan, ya da ki, vətənpərvər. “Mən onu vətənpərvər kimi oxumuşam”. Müğənninin tale və sənət yollarına silsilə məqalələr həsr etmiş Əməkdar jurnalist Rəhman Orxanın təbirincə desək, “Yaqub Zurufçu Vətən həsrətli-eşqli qəlbini "Ayrılıq"dan qopardıb, bütün dünyanı dolaşaraq, onu yalnız Azərbaycanda tapındıra, ovundurub-sevindirə bilib”. Qeyd edək ki, görkəmli sənətkar 65 illik ömründə dünyanın çox olkələrinə səfər etmişdi.
...7 yaşında Təbriz şəhərinin Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub Zurufçu elə həmin illərdə Təbriz radiosunun uşaq proqramında iştirak edərək, şövqlə oxuduğu "Cücələrim" mahnısı ilə bütün İranda tanınmış, dillər əzbəri olmuşdu. 15 yaşında isə Təbriz Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnısını ifa edən müğənni bu istedadını və oxumaq istəyini atası Qulu kişinın uzun müddət Bakıda yaşaması və doğma xalqının musiqisinə olan sonsuz sevgısi ilə əlaqələndirdi.

Yaqub Zurufçu və Rəhman Orxan
....Gənc yaşlarında Tehran opera teatrının xorunda öz musiqi fəaliyyətini davam etdirən sənətkar 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra Almaniyaya köçdü. Lakin Təbrizdən başlayan sənət uğurunu sonralar qürbətdə davam etdirərək bütün dünyada, xüsusilə müsəlman aləmində, Şərq dünyasında böyük şöhrət qazandı. Onun Almaniya, ABŞ, Latın Amerikası və Avropa ölkələrində təşkil olunan ənənəvi konsertləri millətindən və dinindən asılı olmayaraq, bütün dinləyicilər tərəfindən həmişə sevilərək, rəğbətlə qarşılandı.
Hansı ölkədə yaşamasından asılı olmayaraq Yaqub Zurufçunun ürəyi həmişə Azərbaycan eşqi ilə döyünürdü... İki il öncə müsahibələrinin birində deyirdi ki, bu il Can Azərbaycana gəlişimin 30 ili tamam olur. “Çox xoşbəxtəm ki, Gülağa Məmmədovun dəvəti ilə 1989-cu ilin əvvəllərində Azərbaycana gəldim və illərlə həsrətində olduğum Vətən mənə doğma anam kimi qucaq açdı, bağrına basdı. Bu, həmin illər idi ki, Azərbaycan xalqı böyük bir imperiyaya qarşı azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı. Xoşbəxtəm ki, “Ayrılıq” mahnısı xalqımız tərəfindən sevildi... Və xoşbəxtəm ki, Vətənimin müstəqillik tarixində mənim də adım, mənim də payım var".
Yeri gəlmişkən qeyd edək ki, dünya şöhrətli məşhur Azərbaycan və Türkiyə müğənnilərinin ifa etdikləri “Ayrılıq” Yaqub bəyə qədər bəzən xalq mahnısı hesab olunurdu. Sonralar məlum oldu ki, “Ayrılıq” və eləcə də “Sizə salam gətirmişəm” mahnılarının musiqisi Bakıda doğulan, lakin Stalin repressiyası zamanı İran təbəələri kimi ailəsi ilə birgə ora sürgün edilən mərhum bəstəkar Əli Səlimiyə məxsusdur. Hər iki mahnı kövrək və həsrətlə ifa olunsa da, sanki Azərbaycanın cənubunu və şimalını mənən və ruhən qovuşdurur...

Y. Zurufçu Azadlıq meydanında
...İctimai Televiziyada işləyəndə Yaqub Zurufçu Təbrizə getdi və “Təbriz həsrəti” adında klip çəkdirdi. “Təbriz üçün çox darıxmışdım. 26 ildən sonra Təbrizə getdim və doğma şəhərimi tanımadım, əgər bura - Azərbaycan olmasaydı, mən çox tez dünyadan gedərdim. Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi həmişə mənə dəstək olub”. İranda Azərbaycan dilində təhsilin olmadığını dilə gətirən müğənni ürək yanğısıyla deyirdi ki, orada mənim özümün gül kimi dilim var, amma onu nə yaza, nə də oxuya bilirəm. “Niyə axı? Niyə belə olmalıdır?”
Təqribən 22-23 il qabaq Yaqub Zurufçunun bizim doğma Masallıya gəlişini xatırlayıram. Məni onun ifasından da çox heyrətləndirən, rayonda uşaqdan böyüyə hamının tanıyıb sevdiyi, cəddinin möcüzələri barədə sağlığında əfsanəvi söz-söhbətlər gəzən Seyid Sadıq ağanı ziyarət etməsi oldu. Viləşçay dəryaçasının sahilində Seyid Sadıq ağa ilə yadigar şəkil çəkdirən müğənni ondan xeyir-dua istədi...
...2009-cu ildə Yaqub Zürufçu həm Azərbaycan vətəndaşlığı aldı, həm də "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görüldü.
...Sentyabrın 15-də qəlbi hər zaman Azərbaycanla döyünən Yaqub Zurufçu azərbaycanlı sənətsevərlərin çiynində “Qurd qapısı” qəbiristanlığında son mənzilə yola salındı. Sənətkarın dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etdilər. Həmin gün Yaqub Zurufçunun canlı ifasını dinləyənlər üçün olduqca kədərli gün idi.
Ancaq onun ifasında təkrarsız gözəlliyi, ürəyəyatımlılığı ilə seçilən, qəlb oxşayan melodik Azərbaycan mahnılarını dinləmək bizə - qaIib ölkənin musiqisevərlərinə həmişə böyük sevinc bəxş edəcək. Allah Yaqub bəyə rəhmət eləsin!
Nurəddin MUĞANLI
Bölməyə aid digər xəbərlər

Dünən, 18:05
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Dünən, 15:55
Qurban Pirimov direktor təyin olunub
Dünən, 13:54
Məşhur kino şirkətini satışa çıxarıblar
Dünən, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
21-10-2025, 16:36
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
21-10-2025, 11:34
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub