İki dəfə "Oskar" mükafatı almış rejissor tələbəsindən oğurluq edib
Tarix: 06-04-2022 13:08 | Bölmə: Mədəniyyət
İki dəfə "Oskar" mükafatı almış rejissor tələbəsindən oğurluq edib

İki dəfə "Oskar" mükafatı almış iranlı rejissor Əsgər Fərhadi plagiatlıqda (ədəbi oğurluqda) təqsirli bilinib.

Reyting.az
xəbər verir ki, İran məhkəməsinin belə bir qərar verməsi barədə məlumatı “The Hollywood Reporter” yayıb.

Məhkəmə rejissorun “Qəhrəman” adlı filminin ideyasını tələbələrindən birindən götürdüyünə qərar verib.

Orijinal ideya müəllifi olan Azadə Məzizadə “Bütün qaliblər, bütün uduzanlar” qısametrajlı filmini təqdim edib. Rejissor isə layihənin süjetini buradan götürüb. O, titrlarda belə ideya müəllifi olaraq qızın adını çəkməyib.

Məhkəmə Fərhadiyə verilməli olan cəzanı hələlik müəyyən etməyib. İlkin olaraq filmin kinoteatrlarda və ya onlayn nümayişindən əldə edilən bütün gəlirlərinin əsl müəllifə verilməsi nəzərdə tutulur. Həmçinin, rejissor həbs cəzası ilə üzləşə bilər.

Qeyd edək ki, “Qəhrəman” ilk dəfə ötən il Kann kinofestivalında nümayiş etdirilib.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər