Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb - Mədəni sərvətlərə görə
Tarix: 07-04-2022 15:00 | Bölmə: Mədəniyyət
Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb

Finlandiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İtaliya və Yaponiyada sərgilərdə nümayiş olunduqdan sonra Finlandiya üzərindən ölkəyə qaytarılan Rusiya muzeylərinə məxsus mədəni sərvətlərin Finlandiya gömrük orqanları tərəfindən saxlanılması ilə əlaqədar sərt etiraz Finlandiyanın Moskvadakı nümayəndəliyinin rəhbəri Antti Helanteraya çatdırılıb: “Moskva muzeyə məxsus eksponatların Rusiyaya qaytarılması ilə bağlı Finlandiya hakimiyyətinin operativ qərarını gözləyir. Belə bir qərar qəbul olunana qədər Finlandiya tərəfi bu sənət əsərlərinin saxlanmasına görə tam məsuliyyət daşıyır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}