Film müsabiqəsinin qaliblər açıqlanıb - Siyahı
Tarix: 08-04-2022 16:13 | Bölmə: Mədəniyyət
Film müsabiqəsinin qaliblər açıqlanıb

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq üçün keçirilən “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” layihə müsabiqəsinə yekun vurulub.

Reyting.az
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd edək ki, həm də milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədi daşıyan müsabiqə 2021-ci ilin dekabr ayında elan edilib. Müsabiqəyə ümumilikdə 45 layihə təqdim olunub. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə - “pitçinq” mərhələsinə buraxılıb.

Pitçinq mərhələsi 18 mart 2022-ci il tarixində Dövlət Film Fondunda təşkil olunub. Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsi ilə canlı yayımlanan Pitçinqdə müəlliflər tərəfindən layihələrin təqdimatı həyata keçirilib. İştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə ediblər. Bu mərhələdə münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə müəyyən edilmiş məbləğdə dəstək göstərilməsi qərara alınıb.

Qeyd edək ki, qalib layihələr aşağıdakılardır:

"Ata və oğullar"(Layihınin adı) - “Buta Film” MMC

"Əlvida, noyabr" - “Ultra Production”

"Qıfıl" - “Nova Gorica” Kino Mərkəzi MMC

"Mavi sviterli adam" - “Mandarin Agency” Co

"Müqəddəs inək" - “Narimanfilm” MMC

"Ölü Həsən" - “Ultra Production”

"Uçurum" - “Cinemedia” MMC.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}