Yeni tamaşanın məşqlərinə başlanılıb - Fotolar
Tarix: 12-04-2022 15:49 | Bölmə: Mədəniyyət
Yeni tamaşanın məşqlərinə başlanılıb

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın ədəbi dram hissə rəhbəri Ağaddin Babayevin “Reytinq”ə verdiyi məlumata görə, 2022-ci ilin ikinci rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq, İlqar Fəhminin “Şahnamə” iki hissəli tarixi-psixoloji dramı əsasında eyniadlı tamaşanın ilk məşqlərinə aprelin birinci ongünlüyündə start verilib. Hazırda isə əsərin səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr davam etdirilir.

Səfəvi hökmdarı Şah Abbasın həyatının müxtəlif məqamlarını əks etdirən tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıxov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Yeni səhnə əsərində xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Əbülfəz Axundov, Miraslan Ağayev, Allahverən Babayev, Səyad Əliyev, Emil Rzayev və Rauf Zeynalov rol alıblar.

Tamaşanın premyerası may ayının axırları üçün nəzərdə tutulub.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}