"Güllələnmiş heykələr"in Azərbaycana qaytarılmasına 500 min dollar xərclənib
Tarix: 21-04-2022 12:31 | Bölmə: Mədəniyyət
"Güllələnmiş heykələr"in Azərbaycana qaytarılmasına 500 min dollar xərclənib

Erməni işğalı nəticəsində qarət edilərək Gürcüstan aparılan "Güllələnmiş heykələr"in alınmasına xərclənən məbləğ açıqlanıb.

Bu barədə Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı danışıb.

O bildirib ki, heykəllərin alınması və Azərbaycana gətirilməsi üçün 500 min dollar xərclənib:

"Həmin heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd olmuşdu. Gürcüstan hökümətinin köməyi ilə heykəllər alınaraq, Azərbaycana gətirilib. Artıq həmin heykəllər bərpa edilib və Şuşada, öz tarixi yerindir".

İcraçı direktor eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb: "2000-ci ilin 23 dekabrında erməni keşiş müsahibəsi zamanı etiraf etmişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparmışıq"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}