Bakıda daha bir beynəlxalq tədbir keçiriləcək
Tarix: 25-04-2022 11:03 | Bölmə: Mədəniyyət
Bakıda daha bir beynəlxalq tədbir keçiriləcək

2012-ci ildən etibarən UNESCO-nun sülhməramlı səfiri, Hörbi Hənkok Caz İnstitutunun rektoru, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü, UNESCO-nun təşkilatçılığı altında 30 aprel tarixində “Beynəlxalq Caz Günü” qeyd olunur. Reyting.az xəbər verir ki, keçirildiyi ilk ildən etibarən Azərbaycan bu ümumdünya əhəmiyyətli caz hadisəsinə qoşulub və 2012-ci, 2015-ci illərdə bu beynəlxalq caz forumunda iştirak edib. Ənənənin təşəbbüskarı olan H.Hənkok Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış pianoçu İsfar Sarabskini forumun ilk keçirilişinə rəsmi dəvət edərək, onu “H.Hənkokun dostları” Cəmiyyətinə daxil edib.

Xatırladaq ki, 2015-ci ildə Parisdə baş tutmuş Beynəlxalq Caz Günündə ölkəmizi İsfar Sarabski, gənc pianoçu Etibar Əsədli, respublikanın əməkdar artisti Ruslan Hüseynov, Elvin Bəşirov və xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” folk-estrada qrupu təmsil edib.

2017-ci ildən etibarən Azərbaycan Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakı şəhərində Beynəlxalq Caz Günü qeyd olunur.

Bu il də beynəlxalq caz hadisəsinə qatılmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında 29 aprel-02 may 2022-ci il tarixlərində paytaxtımızın Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi kimi konsert zallarında Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə tədbirlər silsiləsi keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}