İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək
Tarix: 28-04-2022 15:44 | Bölmə: Mədəniyyət
İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək.

Reyting.az
 xəbər verir ki, Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb.

Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir.

Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib: “Avropanın caz musiqisilə muğam arasında çox oxşar məqamlar, məsələn improvizasiyalar var. Mən də yerli mədəniyyəti sıfırdan öyrənmək və onu Avropa tamaşaçısına çatdırmaq istədim”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}