Zeynəb Xanlarova yenidən səhnəyə qayıdıb - Video
Tarix: 20-12-2022 23:44 | Bölmə: Mədəniyyət
Zeynəb Xanlarova yenidən səhnəyə qayıdıb

Son vaxtlar səhnədə görünməyən Xalq artisti Zeynəb Xanlarova Azərbaycan Televiziyasının (AzTV) Yeni illə bağlı hazırladığı bayram proqramının çəkilişlərinə qatılıb.

Reyting.az
xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Məlumata görə, artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı konsertinin çəkilişlərinə başlanılıb.

AzTV-dən bildiriblər ki, builki bayram konserti daha bir özəlliyi ilə diqqət çəkəcək: “Bayram konsertində tamaşaçılar illər sonra ilk dəfə Azərbaycanın Xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovanın ifasını da dinləyəcəklər”.

Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert verib.

Sənətkar 12 illik fasilədən sonra 2020-ci ildə böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, koronavirus pandemiyası ona mane olub.

Z. Xanlarova uzun illər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}