NATO ölkələri “ən pis ssenariyə” hazırlaşmağa çağırılır
Tarix: 19-02-2024 09:37 | Bölmə: Siyasət
NATO ölkələri “ən pis ssenariyə” hazırlaşmağa çağırılır

Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa və NATO-ya üzv ölkələri “ən pis ssenariyə” hazırlaşmağa çağırıb.

Reyting.az
“Bloomberg”ə istinadla xəbər verir ki, alman nazir maksimum 5-8 ildən sonra NATO-ya hücum ediləcəyini bildirib.

“Mən kristal kürəyə baxmağı sevmirəm. NATO ərazisinə hücumun olub-olmadığını və ya nə vaxt olacağını proqnozlaşdıra bilmirəm. Amma bu, 5-8 ildən sonra baş verə bilər”, - o deyib.

Nazir, həmçinin amerikalı qanunvericiləri Ukraynaya əlavə hərbi yardımı təsdiqləməyə çağırıb və bunun ABŞ-ın özünün maraqlarına uyğun olduğunu qeyd edib.

“Avropa coğrafi cəhətdən ABŞ ştatlarından uzaqdır, lakin təhlükəsizlik siyasəti baxımından hələ də çox yaxındır. Avropada daha az təhlükəsizlik ABŞ üçün daha az təhlükəsizlik deməkdir. Biz azadlığı təbii qəbul etməməliyik. Biz onu müdafiə etməliyik. Lazım gələrsə bunun üçün mübarizə aparın”, - Pistorius əlavə edib.

Xatırladaq ki, son vaxtlar avropalı hərbi zabitlər və siyasətçilər Rusiyadan hərbi təcavüzün mümkünlüyündən getdikcə daha çox danışırlar. Hollandiyada insanları müharibə ehtimalına zehni olaraq hazırlaşmağa çağırıblar və İsveçdə də eyni fikir paylaşılır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər