Parlament sədri: "Mən Qarabağa “Artsax” deyə bilmərəm"
Tarix: 11-02-2025 13:43 | Bölmə: Siyasət
Parlament sədri: "Mən Qarabağa “Artsax” deyə bilmərəm"

Qarabağdakı ermənilər əllərində olan silahlarla döyüşmək imkanı əldə etmişdilər. İndi isə vəziyyət dəyişib və “DQR”-in buraxılması ilə bağlı sənəd imzalanıb.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

O, əlavə edib ki, təhlükəsiz olanda o zaman ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq.

Simonyan izah edib ki, o, Qarabağa “Artsax” deyə bilməz, çünki o, siyasi fiqurdur və məsuliyyət daşıyır.

ELÇİN




Bölməyə aid digər xəbərlər