Türkiyə-Rusiya məsləhətləşmələri başlayır
Tarix: 24-04-2025 15:02 | Bölmə: Siyasət
Türkiyə-Rusiya məsləhətləşmələri başlayır

Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri aprelin 25-də İstanbulda Yaxın Şərq üzrə məsləhətləşmələr aparacaqlar.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"25 aprel 2025-ci il tarixində İstanbulda Türkiyə və Rusiya Federasiyası arasında Yaxın Şərq üzrə nazir müavinləri səviyyəsində məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələrdə Türkiyəni Xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiyanı Xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək. Suriya, Fələstin, xüsusilə regional məsələlərin hərtərəfli müzakirə olunacağı gözlənilir”, - deyə mənbə qeyd edib.

O, həmçinin əlavə edib ki, Rusiya Federasiyası Yaxın Şərqdəki hadisələr kontekstində Türkiyənin məsləhətləşmələrinə böyük əhəmiyyət verir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər