Böyük Qayıdış davam etdirilir - (Yenilənib)
AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb - (Yenilənib)
Türk dünyasını birləşdirən güc: Azərbaycan
Zəngilana növbəti karvan gedib - (Yenilənib)
ABŞ-ın sülh sənədinə nə Rusiya, nə də Ukrayna imza atacaq - Ekspert
Putin Bişkekdə qopuz çalıb - Video
Daha 16 ailə Qırmızı Bazara köçürülüb
İngiltərədə 2000-dən çox uşaq itkin düşüb
Yeni film üçün Təpəgöz yaradıblar - Fotolar
Prezident zavodun açılışında iştirak edib - Fotolar
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)
Azərbaycan və Ermənistan nümayəndə heyətləri Qəbələdə görüşüblər - Fotolar
Tarix: 01-12-2025 14:14 | Bölmə: Siyasət

Dünən Floridada keçirilən danışıqlarda ABŞ və Ukrayna Kiyevin NATO üzvlüyündən imtina etməsi ssenarisini müzakirə ediblər.
Reyting.az xəbər verir ki, bu məlumatı CNN öz mənbələrinə istinadən yayıb.
CNN-in mənbəsinin bildirdiyinə görə, danışıqlarda Ukraynanın NATO-ya üzv dövlətlərlə Moskva arasında aparılacaq birbaşa danışıqlar nəticəsində Alyansa qoşulmasının faktiki olaraq qadağan edilə biləcəyi ssenari gündəmə gətirilib.
Mənbə həmçinin vurğulayıb ki, Ukrayna rəsmi olaraq - yəni de-yure - bu istəyindən imtina etməyə məcbur edilməyəcək.
Lakin, əgər ABŞ Rusiya ilə ikitərəfli razılığa gələrsə və ya Rusiya NATO-dan çoxtərəfli zəmanətlər tələb edərsə, Ukrayna qərar qəbuletmə prosesində iştirak edə bilməyəcək.
“Son qərar hələ verilməyib və nəticə etibarilə bu məsələ Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyətində olacaq”,- mənbə CNN-ə bildirib.
Ümumilikdə, mənbə qeyd edib ki, danışıqlarda “irəliləyiş” müşahidə olunur və bu, Cenevrədə əldə edilmiş tərəqqi üzərində qurulub.
Mənbə əlavə edib: “Hələ görüləsi çox iş var və burada son qərarın verildiyini demək tezdir. Lakin görüş çox məzmunlu keçdi və sülh təkliflərinin ən problemli aspektləri ətraflı müzakirə olundu”.
“Wall Street Journal”ın məlumatına görə, danışıqlarda həmçinin Ukraynada yeni seçkilərin mümkün vaxtı, eləcə də Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsi perspektivi ilə bağlı məsələlər də müzakirə edilib. Bununla yanaşı, ABŞ və Qərb tərəfindən Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin xarakteri kimi digər vacib məsələlər isə hələ də açıq qalır.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək