Pyotr Poroşenko: “Ukrayna Dağlıq Qarabağla bağlı status-kvonu qəbul etmir"
Tarix: 14-07-2016 14:21 | Bölmə: Siyasət


"Ukrayna Dağlıq Qarabağda status-kvonu saxlanılmasını qətiyyətlə qəbul etmir".

"İnterfaks Ukrayna”xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra jurnalistlərə açıqlamasında Ukrayna prezidenti Pyotr Poroşenko söyləyib.

P.Poroşenkonun sözlərinə görə, Ukrayna Azərbaycanın Krımın anneksiyasını tanımaması və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi istiqamətindəki sərt mövqeyini böyük sevinclə qəbul edir.

Qeyd edək ki, Poroşenkonun Azərbaycana səfəri dünən başlayıb.

Axar.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər