Həmsədrlər Dağlıq Qarabağ üçün Ankaraya gedəcək – Səbəb
Tarix: 15-07-2016 14:06 | Bölmə: Siyasət


ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 18-də Ankaraya səfər edərək Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandıracaqlar.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Minsk qrupunun iştirakçı ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər