Təhlükəli virus ABŞ ilə Çin arasında gərginlik yaradıb
Tarix: 14-03-2020 11:52 | Bölmə: Siyasət
Təhlükəli virus ABŞ ilə Çin arasında gərginlik yaradıb

Koronavirus ABŞ və Çin arasında diplomatik gərginliyə səbəb olub.

Reyting.az
xəbər verir ki, ABŞ hökuməti Çin Xarici İşlər Nazirliyinin sözçüsü Kao Likienin Covid-19 virusunu Vuhan şəhərinə ABŞ ordusunun gətirdiyini iddia etməsi səbəbindən hərəkətə keçib.

ABŞ mediası ad çəkmədən mənbələrinə istinadla xəbər yayıb ki, Çinin Vaşinqtondakı səfiri Dövlət Departamentinə çağırılıb və ondan Çin Xarici İşlər Nazirliyinin sözçüsünün son bəyanatına izah verməsi tələb olunub.

Amma ABŞ tərəfi bununla bağlı xüsusi açıqlama yaymayıb.

Xatırladaq ki, Çinin tanınmış epidemioloqu Kong Nanşan virusun ölkədə ilk dəfə görünməsinin onun mənbəyinin Çində tapıldığını ifadə etmədiyini və mənbənin araşdırılmasının lazım olduğunu qeyd edib.

Çin Xarici İşlər Nazirliyi ABŞ rəsmilərinin koronavirusu “Çin virusu” və ya “Vuhan virusu” kimi təqdim etməsinə qarşı çıxaraq, virusun qaynağının Çin olmaya biləcəyini qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}