Türkiyə parlamentinin sədri: "Bəxtin parlaq, xalqın sağlam, bayrağın daim yüksəklərdə olsun, Azərbaycan!"
Tarix: 28-05-2020 20:30 | Bölmə: Siyasət
Türkiyə parlamentinin sədri:  "Bəxtin parlaq, xalqın sağlam, bayrağın daim yüksəklərdə olsun, Azərbaycan!"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop 28 may – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

TBMM sədri "Twitter"dəki səhifəsində yazıb:

"Azərbaycan Respublikasının yaranmasının 102-ci ildönümünü münasibətilə qardaş Azərbaycanı təbrik edirəm. Bəxtin parlaq, xalqın sağlam, bayrağın daim yüksəklərdə olsun, şanlı vətən, Azərbaycan!".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}