Gürcüstanın GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşib
Tarix: 05-01-2021 19:51 | Bölmə: Siyasət
Gürcüstanın GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşib

Gürcüstan parlamentinin bugünkü növbədənkənar iclasında ölkənin GUAM Parlament Assambleyasındakı (PA) yeni nümayəndə heyətinin tərkibi təsdiqlənib.

Məlumata görə, nümayəndə heyətinə Giorgi Xelaşvili rəhbərlik edəcək.

Heyətin əsas tərkib hissəsi üç deputat – G.Xelaşvili, Kaxa Kaxişvili və David Matikaşvilidən ibarət olacaq. Ehtiyat heyətdə Levan Mqaloblişvili, Kaxaber Kuçava və İrakli Zarkua yer alıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}