Erməni şovinisti: “Təcili Hadrutu nəzarətimizə qaytarmalıyıq”
Tarix: 06-01-2021 18:44 | Bölmə: Siyasət
Erməni şovinisti: “Təcili Hadrutu nəzarətimizə qaytarmalıyıq”

“Bakı Hadrutun erməni qüvvələrinin nəzarətinə keçməsindən və orada güclü müdafiə xətləri yaradıldıqdan sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Laçında məskunlaşma proqramlarının mənasını itirəcəyini yaxşı başa düşür”.

Reyting.az
xəbər verir ki, bu sözləri saxtakarlığı və həyasızlığı ilə ad çıxarmış, saxta “erməni soyqrımı” muzey-institutunun keçmiş direktoru Hayk Demoyan bildirib.

H. Demoyan deyib ki, bu ərazilər (Xocavənd rayonunun ərazisini nəzərdə tutur-red.) Azərbaycan Silahlı Qüvvələrinin orada olmasını təmin etmək baxımından həssas məsələdir: “Buna görə də Azərbaycan tərəfinin addımlarına müqavimət göstərməyə hazır olmalıyıq və əsas məqsəd Hadrut bölgəsini nəzarətimizə qaytarmaq olmalıdır. Erməni əhalisinin Hadruta və yaxın kəndlərə sürətli qayıdışı, dağıdılmış yaşayış yerlərinin bərpası üçün xüsusi bir milli proqram hazırlamaq lazımdır”.

Demoyan əlavə edib ki, Sünik sərhədləri yaxınlığında “həyəcanverici” vəziyyətin yaradılması Hadrut istiqamətində erməni varlığını bərpa etmək cəhdlərini zərərsizləşdirmək məqsədi güdür. “Hər kəndin bu və ya digər diaspor icmasının şəxsində öz sponsoru olmalıdır. Eyni şeyi Şuşa haqqında da demək olar”.

Erməni şovinisti daha da irəli gedərək bildirib ki, atəşkəs imzalanana qədər müharibə davam edir: “Sülh müqaviləsi bağlamaq üçün əsas şərtlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin Hadrutdan çıxarılması və qaçqınların geri qaytarılması olmalıdır”.




Bölməyə aid digər xəbərlər