Ədliyyə naziri: “Moskvada imzalanacaq sənəd Ədliyyə Nazirliyində yoxdur”
Tarix: 08-01-2021 11:44 | Bölmə: Siyasət
Ədliyyə naziri: “Moskvada imzalanacaq sənəd Ədliyyə Nazirliyində yoxdur”

“Ermənistanın Baş naziri ilə Azərbaycan Respublikası Prezidentinin Moskva görüşü zamanı imzalanması planlaşdırılan müqavilənin ilkin variantının Ədliyyə Nazirliyinə göndərilməsi və ölkə Konstitusiyası ilə uyğunlaşdırılması haqda məlumatlar əsassızdır”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyan deyib.

Nazir bu məlumatı təkzib edib. R. Badasyan bildirib ki, Ermənistan Ədliyyə Nazirliyi prosesdur çərçivəsində bununla bağlı heç bir müqavilə almayıb. Onun sözlərinə görə, yayılan məlumatlar yalan olmaqla yanaşı məqsədlidir.

Məlumat üçün qeyd edək ki, dünən Ermənistan KİV-ləri yazıb ki, rəsmi Yerevan Moskvada imzalanması planlaşdırılan razılaşma sənədinin layihəsini Ədliyyə Nazirliyinə göndərərək bunun ölkə Konstitusiya ilə uyğunlaşdırılmasını tapşırıb.




Bölməyə aid digər xəbərlər