Sabiq səfir: “Paşinyan Mehrini Azərbaycana təslim edir”
Tarix: 08-01-2021 15:06 | Bölmə: Siyasət
Sabiq səfir: “Paşinyan Mehrini Azərbaycana təslim edir”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın bugünkü yazısının ikinci hissəsi belədir: Mehrini təslim edirəm, sadəcə, hakimiyyətdə qalmağıma icazə verin”. Reyting.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan “Facebook” səhifəsində yazıb.

M. Minasyan qeyd edib ki, N. Paşinyanın məhkumların geri qaytarılması ilə bağlı qeydlərinin birinci hissəsi belədir: “Heç olmasa məhbusları geri qaytarın ki, razılaşdığımız hər şeyi edə bilim”.

Sabiq səfir daha sonra yazıb ki, insanlar Paşinyanın Mehrini təslim etdiyini düşünərək dəhşətə gəlir. Onun iddiasına görə, Baş nazir bu əməlini gizlətmək üçün "iqtisadi nəqliyyat yollarının blokadadan çıxarılması", "Ermənistandan Rusiyaya yük daşınması" adı altında təqdim etməyə çalışır.

Qeyd edək ki, bu gün N. Paşinyan noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın tətbiqi ilə bağlı prioritetlərini açıqlayıb. Bu isə bəyanatda göstərilən şərtlərlə razılaşmayan və Azərbaycan ərazilərinin işğalda saxlanılmasını istəyən erməni şovinistlərinin hiddətinə səbəb olub.




Bölməyə aid digər xəbərlər