Paşinyanın Moskvaya getməsinə mane olmaq istəyirlər
Tarix: 10-01-2021 23:18 | Bölmə: Siyasət
Paşinyanın Moskvaya getməsinə mane olmaq istəyirlər

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Üçtərəfli görüşdə 9 noyabr bəyanatının yerinə yetirilməsi, bölgədəki problemlərin həlli müzakirə ediləcək.

Reyting.az
xəbər verir ki, Ermənistan müxalifəti Paşinyanın Moskavaya getməsinə mane olmağa çalışır. Hətta bununla bağlı ölkə vətəndaşlarına müraciət də qəbul olunub. Belə müraciət müəlliflərindən biri də Ermənistanın "Vətən" partiyasının nümayəndəsi Arsen Babayandır.

A. Babayan N. Paşinyan əleyhdarlarını müxalifətə qoşulmağa və Ermənistan Baş nazirinin Moskvaya getməsinin qarşısını almağa çağırıb. Onlar ayın 11-də səhər saat 8-də aeroporta toplaşıb, Paşinyanın Moskvaya uçuşuna mane olmağa cəhd edəcəklər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}