Milyarder Bidzina İvanişvili siyasətdən gedib
Tarix: 11-01-2021 10:31 | Bölmə: Siyasət
Milyarder Bidzina İvanişvili siyasətdən gedib

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının sədri, milyarder Bidzina İvanişvili siyasətdən gedir.

Reyting.az
xəbər verir ki, keçmiş baş nazir bu barədə özünün açıq məktubunda yazıb:

“Düşünürəm ki, mənim missiyam tamamlanıb. Mən nəhayət siyasətdən və idarəetmə sahəsindən tamamilə uzaqlaşmaq barəsində qərar qəbul etmişəm. Mən partiya sədri vəzifəsini tərk edərək 2011-ci ildən əvvəlki özəl həyat tərzimə dönəcəyəm. Bu gün hakim komanda bütün siyasi aktorlar arasında həqiqətən də ən yaxşı və alternativsizdir. Mən əminəm ki, bu komandanın üzvləri mənim işimi, səlahiyyətimi və bacarıqlarımı ləyaqətlə əvəzləyə bilərlər”.

B. İvanişvili qeyd edib ki, siyasəti fəxrlə, qalib kimi və minnətdar bir şəkildə tərk edir: “İnsanlar mənim dövlətin və ölkənin maraqlarına uyğun fəaliyyət göstərdiyimi görə bilirdilər. Mən əminəm ki, gürcü xalqı mənim bu addımımı təqdir edəcək”.

Qeyd edək ki, milyarder B. İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}