Ceyhun Bayramov Pakistan rəhbərliyi ilə görüşəcək
Tarix: 11-01-2021 16:16 | Bölmə: Siyasət
Ceyhun Bayramov Pakistan rəhbərliyi ilə görüşəcək

Yanvarın 13-14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, səfər çərçivəsində yanvarın 13-də Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}