Tofiq Yaqublunun məhkəməsi təxirə salınıb
Tarix: 11-01-2021 17:11 | Bölmə: Siyasət
Tofiq Yaqublunun məhkəməsi təxirə salınıb

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apelyasiya şikayətilə bağlı bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb.

Bu barədə Tofiq Yaqublunun hüquqlarını müdafiə edən vəkil Aqil Layıcov məlumat verib.

A. Layıcov bildirib ki, proses yanvarın 28-nə saat 15:45-ə təyin edilib.

Qeyd edək ki, T. Yaqublu təxirə salınan məhkəmədən əvvəl yaydığı məlumatda aşağıdakıları bildirib:

“Ya həbs, ya da... Bu gün saat 16-da Bakı Apelyasiya Məhkəməsində Nizami Rayon Məhkəməsinin mənim 4 il 3 ay azadlıqdan məhrum edilməmlə bağlı hökmündən apelyasiya şikayətimə baxılacaq. Ya həmin qərar qüvvədə saxlanılır və mən məhkəmə zalında həbs olunuram, ya da, bilmək olmur nə. Bircə onu deyə bilərəm ki, həbsə hazıram və məhkəməyə hazır gələcəm".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}