16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tevan Poqosyan: “Azərbaycan Ermənistanın iqtisadi ekspansiyasına başlayır”
Tarix: 12-01-2021 17:58 | Bölmə: Siyasət
Tevan Poqosyan: “Azərbaycan Ermənistanın iqtisadi ekspansiyasına başlayır”

“Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanat Azərbaycanın Ermənistanın iqtisadi ekspansiyasına yönəlib”.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bu sözləri politoloq Tevan Poqosyan Moskva razılaşmasını şərh edərkən deyib.

O, əlavə edib ki, bu razılaşmada Rusiyanın da maraqları var: “Rusiya problemi həll etmək qabiliyyətini yenidən nümayiş etdirdi və bölgədə iqtisadi rıçaqları ələ keçirmək yolunda irəlilədi. Biz bəyanatı deyil, təfərrüatları, Ermənistan üçün vacib məsələləri müzakirə etmək üçün Moskvaya getdik. Erməni tərəfinin əsirlərin qaytarılmasını danışıqlarda əsas şərt kimi təqdim etmək istəyinin təsirləri yox idi. Bəyanat əvvəlcədən hazırlanmışdı və erməni tərəfi onunla tanış idi. Səfərdə işçi qrupu və Xarici İşlər nazirlərinin iştirak etməməsi də bunu göstərir”.

Politoloq qeyd edib ki, bütün bunlarda erməni tərəfinin davranışı, regional proseslərdə özünü necə istiqamətləndirməsi vacibdir: “Əliyev Moskvada Türkiyə haqqında danışdı, amma biz “Qarabağ” sözünü belə səsləndirmədik? Bütün məsuliyyəti Moskvanın üzərinə qoymuşuqmu? Zəngəzur bölgəsindən dəhliz açmaq üçün iqtisadi arqumentlərimiz nələrdir? Çox miqdarda yığılmış malımız var və onu ixrac edəcək yerimiz yoxdurmu? Yol istifadə qaydalarının pozulmasının qarşısını almaq gücümüz varmı? Hər şeydən əvvəl daxili problemlərimizi həll etməliyik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}