Bu gün Azərbaycan, Türkiyə və Pakistanın XİN başçıları görüşəcək
Tarix: 13-01-2021 09:25 | Bölmə: Siyasət
Bu gün Azərbaycan, Türkiyə və Pakistanın XİN başçıları görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

Reyting.az
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Tvitter” hesabında yazıb.

Səfər çərçivəsində yanvarın 13-də Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}