Əli Həsənоvun ailəsinə məxsus şirkətlər ləğv olunur
Tarix: 13-01-2021 14:07 | Bölmə: Siyasət
Əli Həsənоvun ailəsinə məxsus şirkətlər ləğv olunur

Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və qohumu Azər Vəliyev rəhbərlik edir.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}