Ermənistanda növbəti etiraz aksiyası: “Övladlarımızı Qarabağa göndərməyin!”
Tarix: 14-01-2021 16:43 | Bölmə: Siyasət
Ermənistanda növbəti etiraz aksiyası: “Övladlarımızı Qarabağa göndərməyin!”

Ermənistanda hökumət binasında iclasın keçirilməsi ilə eyni vaxtda əsgər analarının da etiraz aksiyası başlayıb.

Reyting.az
xəbər verir ki, hökumət binası qarşısına toplaşan hərbi xidmətə çağırılan əsgərlərin valideynləri övladlarının Dağlıq Qarabağda deyil, Ermənistan ərazisində xidmət keçməsini tələb edirlər.

Etirazçılar, eyni zamanda Baş nazir Nikol Paşinyanla görüşmək də istəyirlər.

Baş nazirin köməkçisi Nairi Sarksiyan etirazçıların yanına gəlib və onların görüş tələbinin Paşinyana çatdırılacağına söz verib.

Qeyd edək ki, Ermənistanda hərbi çağırışçıların valideynləri mütəmadi olaraq Nazirlər Kabinetinin və Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçirir və övladlarının Dağlıq Qarabağa aparılmasına kəskin etirazlarını bildirirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}