Separatçılar Qarabağdakı sülhməramlıların müddətsiz olmasını istəyirlər
Tarix: 15-01-2021 10:28 | Bölmə: Siyasət
Separatçılar Qarabağdakı sülhməramlıların müddətsiz olmasını istəyirlər

“İnanıram ki, 5 ildən sonra tərəflər rus sülhməramlılarının müddətinin uzadılmasını ifadə edəcəklər. Bu prosesdə qlobal bir super güc iştirak etdikcə, ölkələrin missiyanı rədd etməsi daha çətin olacaq. 5 ildən sonra sülhməramlıların müddətinin daha 5 il uzadılacağına şübə etmirəm”.

Reyting.az
xəbər verir ki, bunu Xankəndindəki separatçı rejimin “xarici işlər naziri” David Babayan rus sülhməramlıların 5 ildən sonrakı durumundan danışarkən deyib.

Cinayətkar rejimin təmsilçisi hava limanı haqqında da danışıb: “Ehtimal edirəm ki, ilkin mərhələdə hava limanı hərbi müəssisə kimi fəaliyyət göstərə bilər. Düşünürəm ki, hava limanı istismara veriləcək, sadəcə, vaxt lazımdır. İlk növbədə hava limanı rus sülhməramlılarının ehtiyacını və təhlükəsizlik məsələlərini həll etmək üçün hərbi obyekt kimi işləyəcək”.

Balayan əlavə edib ki, gələcəkdə bu obyektdən mülki məqsədlər üçün də istifadə edilə bilər: “Ancaq hava limanının istismar ediləcəyinə şübhə etmirəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}