ATƏT-in Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub
Tarix: 15-01-2021 16:00 | Bölmə: Siyasət
ATƏT-in Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub

ATƏT-in hazırkı sədri, İsveç xarici işlər naziri Ann Linde yeni xüsusi elçilərinin adlarını açıqlayıb.

Məlumata görə, təşkilat sədrinin Cənubi Qafqazdakı xüsusi elçisi vəzifəsinə isveçli diplomat Annika Söder təyin olunub.

A.Söder Avropa Sülh İnstitutunun qubernatorlar komitəsinin sədridir. 2014-2019-cu illərdə İsveç xarici işlər dövlət katibi vəzifəsində çalışıb.

Xatırladaq ki, bu il ATƏT-də sədrlik İsveçə məxsusdur. 2022-ci ildə bu vəzifə Polşaya keçəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}