00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Deputat: “İcra hakimiyyətləri ləğv olunmalıdır”
Tarix: 12-02-2021 12:00 | Bölmə: Siyasət
Deputat: “İcra hakimiyyətləri ləğv olunmalıdır”

“Xüsusi nümayəndələr institutu idarəetmədə çevikliyin təmin olunması üçün yaradılır”.

Reyting.az
-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər: “Amma buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.




Bölməyə aid digər xəbərlər