00:09 / 13-01-2025
Yardımlıda zəlzələ olub
Bu partiyalar maliyyə hesabatını MSK-ya təqdim edib
Tarix: 15-02-2021 14:08 | Bölmə: Siyasət
Bu partiyalar maliyyə hesabatını MSK-ya təqdim edib

Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı məlum olub.

Məlumata görə, bu ilin əvvəlindən indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 6-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası və Azərbaycan Respublikaçılar Partiyasıdır.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir/Report.




Bölməyə aid digər xəbərlər