Rəsmi Moskvadan region ölkələrinə Qarabağla bağlı çağırış: "Hamı vahid mövqedən çıxış etməlidir..."
Tarix: 18-02-2021 19:17 | Bölmə: Siyasət
Rəsmi Moskvadan region ölkələrinə Qarabağla bağlı çağırış: "Hamı vahid mövqedən çıxış etməlidir..."

"Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara əsasən regiona kollektiv səylərlə dinc həyat qayıdır".

Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, bunun üçün həm Azərbaycanın, həm Ermənistanın, eləcə də qonşu region ölkələrinin vahid mövqedən çıxış etməlidirlər.

“Dağlıq Qarabağda son günlərdə vəziyyət stabildir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Rusiya sülhməramlıları 27 postda müşahidə aparır”, - deyə M. Zaxarova vurğulayıb/APA.

Zaxarova deyib ki, regionda yaşayan bütün xalqların nümayəndələri arasında dialoq qurulmasına, iqtisadi və nəqliyyat bağlantılarının açılmasına dəstək verməyimiz, tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin etməyimiz vacibdir: "Əvvəla dayanıqlı sülh bərqərar olunmalıdır ki, Qarabağa qayıdacaq insanlar bu təməl üzərində həyatlarını bütün istiqamətlərdə qursunlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}