18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
18:05 / 14-11-2025
Zaxarova: Dialoqu bərpa etmək istəyi sürətli deyil
18:01 / 14-11-2025
Qanunu pozan şirkət rəhbəri 20 min manat cərimələnib
17:59 / 14-11-2025
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb
17:46 / 14-11-2025
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
17:46 / 14-11-2025
Bəzi ukraynalılar ABŞ-dan deportasiya olunacaq
17:30 / 14-11-2025
Deputatlar bu tarixlərdə büdcəni müzakirə edəcəklər
17:13 / 14-11-2025
Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırılıb
17:02 / 14-11-2025
Zelenski Əliyevə zəng edib
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:47 / 14-11-2025
İpoteka və Kredit Zəmanət Fondu 650 minlik xidməti maşınlar alır
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
16:29 / 14-11-2025
Bakıda iki tona yaxın yararsız ət aşkarlanıb
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
15:58 / 14-11-2025
Almaniya 260 min nəfərlik ordu formalaşdırır
15:49 / 14-11-2025
Azərbaycan əhalisinin sayı açıqlanıb
15:38 / 14-11-2025
Prezident Agentlik sədrinə yeni vəzifə verib
15:34 / 14-11-2025
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var
15:24 / 14-11-2025
"Bakı Metropoliteni"ndə departament rəisi vəzifəsinə təyinat olub
14:49 / 14-11-2025
Afrikada vəbaya yoluxanların sayı 300.000-i keçib, 7000-dən çox ölüm qeydə alınıb
14:47 / 14-11-2025
Zəngilana daha 110 nəfər köçüb - (Yenilənib)
14:42 / 14-11-2025
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
14:03 / 14-11-2025
Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib - Fotolar
14:01 / 14-11-2025
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
13:52 / 14-11-2025
Ukraynalılar rus ordusuna ağır zərbə vurub - Video
13:48 / 14-11-2025
Paşinyan: Gizlətmirəm, Əliyevlə bu məsələni müzakirə etdik
13:27 / 14-11-2025
Xocalıya daha iki köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:22 / 14-11-2025
"Səs” qəzeti fəaliyyətini dayandırıb
13:22 / 14-11-2025
Paşinyan: Azərbaycanla layihənin həyata keçirilməsinə heç nə mane olmur
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:53 / 12-11-2025
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
00:50 / 12-11-2025
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
12:13 / 11-11-2025
Yeni avtomobil dünya rekordu qazanıb
13:00 / 10-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlər davam edir
Tarix: 19-02-2021 19:35 | Bölmə: Siyasət

Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi təcrübənin ayrılmaz amilinə çevrilib.
Reyting.az Azərtac-a istinadla xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərləri ilə fevralın 19-da keçirilmiş “Siyasi dialoqun Azərbaycan modeli” adlı görüşü məhz mövcud istiqamətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan siyasətin davamı kimi dəyərləndirilməlidir.
Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayəsində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyər statusuna qədər yüksəlmiş olur.
“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə tədbirlər çərçivəsində təşkil olunmuş növbəti görüşdə tanınmış politoloq və siyasi şərhçilərlə yanaşı, ölkənin müvafiq sahədə ixtisaslaşmış qabaqcıl QHT rəhbərləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Ədalət Vəliyev ölkə rəhbərliyi adından iştirakçıları salamlayaraq, şöbənin əsas fəaliyyət istiqamətləri və prioritetləri, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən siyasi partiyaların canlanması və dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.
Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqunun davamlı şəkildə inkişaf etdiyini qeyd edən Administrasiya rəsmisi cəmiyyətin fəal üzvlərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə qabaqcıl mövqe tutmasının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə obyektiv siyasi şərhlərin, həmçinin maarifləndirmə və təbliğat işlərinin aktuallığı xüsusi olaraq artır. Bu mənada mövcud potensialların səfərbər olunması və müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirələrin aparılması siyasi zərurətdir.
Öz çıxışını Prezident İlham Əliyevin “Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır” – fikirləri ilə davam etdirən Administrasiya rəsmisi siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsinin ilk növbədə ölkə rəhbərliyinin dövlət quruculuğu məsələlərində demokratik prinsip və ənənələrə sadiq qalmasından xəbər verdiyini bildirib.
Dövlətin və cəmiyyətin inkişafında siyasi dialoqun rolunun təbliği və malik olduğu bütün müsbət təzahür formalarının aşılanması üçün Azərbaycanda tanınmış ictimai xadimlər tərəfindən mövzu ilə bağlı verilən şərhlərdə obyektiv mövqeyin qorunması və dövlətçilik mövqelərdən çıxış etməsinin prinsipial məsələ olduğunu qeyd edən Ədalət Vəliyev bildirib ki, Vətənə sadiqlik və milli maraqlara xidmət bütün vətəndaşlarımızın əsas həyat amilinə çevrilməlidir.
Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni xatırladan Administrasiya rəsmisi Prezident İlham Əliyevin bununla bağlı fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Bu mənada siyasi dialoqun, eyni zamanda, cəmiyyətin çeviklik və mobillik kimi əvəzolunmaz keyfiyyətlərinin inkişafı prosesinə də təsir etdiyini qeyd edən Ədalət Vəliyev vurğulayıb ki, münasibətlər sisteminin məhz bu tərəfləri Azərbaycanda ən az tədqiq və təhlil olunmuş mövzulardandır.
Daha sonra dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu xatırladan şöbə müdiri hökumət tərəfindən mövcud istiqamətdə atılan qlobal təşəbbüslərdən danışıb. Konteksti inkişaf etdirərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu “Azərbaycanda siyasi dialoq mədəniyyəti yeni inkişaf mərhələsində”, Musa Qasımlı “Diskussiya mədəniyyəti: keçilən yol, mövcud vəziyyət və perspektivlər”, Hikmət Babaoğlu “İctimai siyasi münasibətlər sistemi tariximizdə yeni plüralist əməkdaşlıq mərhələsi”, Cavanşir Feyziyev “Siyasi dialoqun zərurəti: Siyasi dialoq – milli təhlükəsizliyin mühüm elementi”, həmçinin tanınmış politoloqlar Eldar Namazov “Dəyişər dünyada milli birliyin və ölkə daxili dialoqun vacibliyi”, Fariz İsmayılzadə “Milli Həmrəylik və dialoq üçün təhsil platforması”, Tofiq Abbasov “Qarşılıqlı anlaşmadan təkamülə doğru”, Rufiz Qonaqov “Siyasi dialoq - Həmrəylik və Vətən müharibəsi”, Rauf Arifoğlu “Siyasi dialoq düşmənin informasiya təxribatlarına qarşı milli dirənişin əsası kimi” və Elşad Eyvazlı “Siyasi dialoqda medianın rolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.
Tədbirdə yekun sözü ilə çıxış edən Administrasiya rəsmisi Prezident İlham Əliyevin “Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik” - fikirlərini səsləndirərək bildirib ki, dialoqun təzahür formalarından biri olan əməkdaşlığın nəticəsində ölkədə aparılan islahatların maksimal effektivliyi təmin olunacaq.
Dialoq ənənələri ilə zəngin olan Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı üçün bütün amillərin mövcudluğunu qeyd edən tədbir iştirakçıları mövcud istiqamətdə əməkdaşlığa hazır olduqlarını və öz fəaliyyətlərində mövzuya xüsusi diqqətin ayıracaqlarını bildiriblər.
Bölməyə aid digər xəbərlər

Dünən, 10:09
Pənah Hüseyn növbədənkənar qurultaya hazırlaşır
Dünən, 09:48
ABŞ tarixində ən uzunmüddətli şatdaun başa çatıb
Dünən, 08:04
Dövlət Departamentinin Avropaya maraqlı təklifi var
12-11-2025, 18:00
Ali Məclis Baş nazirlə bağlı qərar verib
12-11-2025, 17:42
Ceyhun Bayramov Banqladeşin qeyri-rezident səfirini qəbul edib
12-11-2025, 12:07
Pokrovskın itirilməsi Ukraynanı daha çətin vəziyyətə salacaq
12-11-2025, 07:50
Kremldə Putin-Tokayev görüşü başlayır
8-11-2025, 20:20
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
7-11-2025, 08:17
Britaniya ordusu Ukraynada münaqişəyə cəlb olunmağa hazırdır
6-11-2025, 16:03
Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi sülh üçün təhlükəlidir
6-11-2025, 14:19
Kreml Ukrayna ərazilərinə əlavə qüvvə yerləşdirəcək
6-11-2025, 08:10
Şatdaun respublikaçıların imicini ciddi zədələyib
5-11-2025, 23:27
Putin: Rusiyada daxili sabitliyi pozmağa çalışırlar
5-11-2025, 16:44
Misir Mərdanov: "Nazir postuna qayıtmaq arzusunda deyiləm"
5-11-2025, 15:52
Nazir: “Ramiz Mehdiyevə villa bağışlamamışam”
5-11-2025, 11:12
Moskvada Usubovla Şoyqunun görüşü olacaq
5-11-2025, 10:55
"Zəfər marşrutu: Orta dəhliz və yeni reallıqlar" mövzusunda təqdimat keçirilib - Fotolar
4-11-2025, 22:49
Ceyhun Bayramov əlcəzairli spikerlə görüşüb
4-11-2025, 15:23
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
4-11-2025, 12:31
Azərbaycan-Türkiyə əlaqələri müzakirə olunub
4-11-2025, 08:14
Tramp mərkəzi rolda Ankaranı görür
3-11-2025, 17:20
AVP-nin qalmaqallı qurultayı ilə bağlı araşdırma aparılacaq
3-11-2025, 15:03
Səyyad Aran: "Ramiz Mehdiyev kimdir ki, onunla ünsiyyətim olsun?"
3-11-2025, 14:56
Ceyhun Bayramov BBP sədrini qəbul edib
3-11-2025, 12:00
Ramiz Mehdiyevin köməkçisi həbs edilib
3-11-2025, 08:27
Rusiya İranla nüvə sazişinin həllini asanlaşdıra bilər
3-11-2025, 08:08
Tramp Ukrayna münaqişəsinə son qoya biləcəyinə əmindir
1-11-2025, 21:14
Ukrayna daha bir bölgəni itirir
1-11-2025, 20:50
Vaşinqtonda Suriya prezidentini gözləyirlər
1-11-2025, 16:04
Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşüb
31-10-2025, 19:33
Sabiq icra başçısı barəsində həbs qərarı verilib
31-10-2025, 15:52
Əli Həsənov Türkiyəyə köçüb? - Açıqlama
31-10-2025, 15:50
Tavuş vilayətində demarkasiya işləri dayanıb - Qubernator
31-10-2025, 15:30
Zahid Oruc: "Onlar "söyüş blogerləri" yox, terror şəbəkəsidir"
31-10-2025, 15:29
“Aralıq dənizinin açarı Türkiyədədir” - Politoloq
31-10-2025, 15:11
Rus ordusu Pokrovskda irəliləyir
31-10-2025, 11:20
Arif Rəhimzadə Ramiz Mehdiyevdən danışıb: "Ramiz Mehdiyevlə bağlı məsələlər sübuta..."
31-10-2025, 08:43
Ərdoğan: Avropanın təhlükəsizliyi birgə səylər tələb edir
31-10-2025, 08:37
Qaluzin: Rusiya Kiyevlə danışıqlara hazırdır
30-10-2025, 22:30
Azərbaycanlı əsir və girovların qətli ilə bağlı sənəd tədqiq edilib
30-10-2025, 21:00
TİKA sədri Hikmət Hacıyevlə görüşüb - Foto
30-10-2025, 16:34
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışıb
30-10-2025, 14:57
Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək