Paşinyan geri çəkildi: "Rusiya bir nömrəli tərəfdaşdır"
Tarix: 25-02-2021 12:08 | Bölmə: Siyasət
Paşinyan geri çəkildi: "Rusiya bir nömrəli tərəfdaşdır"

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı təhlükəsizlik məsələləri üzrə ölkəsinin bir nömrəli tərəfdaşı adlandırıb.

“Novoya Armenia” xəbər verir ki, o, Rusiya ilə hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını da bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrində islahatların keçirilməsi üçün müdafiə nazirinin başçılıq etdiyi işçi qrupun tərkibinin genişləndirilməsi haqqında sənəd imzalayacaq.

Qeyd edək ki, N.Paşinyan bu günlərdə “1in” saytına müsahibəsində İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinə atdıqları Rusiya istehsalı olan “İskəndər” raketlərinin cəmi 10 faizinin partladığını bildirmişdi/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}